Cəlilabadda minik və yük avtomobilləri toqquşdu: xəsarət alan var

Cəlilabadda minik və yük avtomobilləri toqquşdu: xəsarət alan var

 Cəlilabad rayonunda yol qəzası baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə ötən gün gecə saatlarında yeni Ələt-Astara avtomobil yolunun rayonun Uzuntəpə kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, TIR markalı yük maşını yolun kənarında dayanmış "Jiquli" markalı avtomobilə çırpılıb. Qəza nəticəsində hər iki avtomobil yolun kənarına aşıb. Minik avtomobilinin sürücüsü, Sabirabad rayon sakini, 1977-ci il təvəllüdlü Ramin Yunis oğlu Süleymanov müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Hadisəyə ilkin səbəb kimi hava şəraitinin dumanlı olması göstərilir. 
Faktla bağlı araşdırma aparılır.
 
Aktual.az
Xəbər 403 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR