Cəlilabadda faciə — 7 yaşlı uşaq öldü

Cəlilabadda faciə   — 7 yaşlı uşaq öldü

Cəlilabadda bədbəxt hadisə baş verib.

Hadisə yanvarın 12-də rayonun Məlikqasımlı kəndində qeydə alınıb. Kənd sakini, 7 yaşlı Dövran Vahid oğlu Qurbanov həyətlərindəki əncir ağacında yüyrük hazırlayarkən ehtiyatsızlıqdan kəndir onun boğazına keçib və yeniyetmə yerindəcə boğularaq dünyasını dəyişib. Onun valideynləri hadisədən xəbər tutanda isə artıq gec olub.

Məlumata görə, ailənin ikinci övladı olan Dövran birinci sinif şagirdi idi.

Faktla bağlı Cəlilabad Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır. (APA)

***

Cəlilabadda azyaşlı uşaq faciəli şəkildə ölüb. 

Hadisə yanvarın 11-də Cəlilabad rayonunun Məlikqasımlı kəndində qeydə alınıb. Kənd sakini, 7 yaşlı Dövran Qurbanov həyətində yelləncəkdən yıxılması nəticəsində ölüb.
 
Faktla bağlı araşdırma aparılır.

Aktual.az

Xəbər 525 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR