Cəbhədə gərginlik - Kəndlərimiz minaatanlardan atəşə tutulur

Cəbhədə gərginlik   - Kəndlərimiz minaatanlardan atəşə tutulur

Moskva şəhərində Azərbaycan və Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisləri arasında hərbi əməliyyatların dayandırılmasına dair əldə edilmiş razılaşmaya baxmayaraq Ermənistan ordusunun bölmələri tərəfindən atəşkəs yenə də pozulmaqdadır. 

Aktual.az-ın Müdafiə Nazirliyinin saytına istinadən məlumatına görə hazırda Goranboy rayonunun Tapqaraqoyunlu yaşayış məntəqəsi yaxınlığındakı mövqelərimiz 60, 82 və 120 millimetrlik minaatanlardan intensiv olaraq atəşə tutulur.

Azərbaycan tərəfi razılaşmaya əməl edərək hələ ki, cavab atəşi açmır.

Xəbər 857 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR