Üç uşaq anası intihar etdi - Gəncədə

Üç uşaq anası intihar etdi -  Gəncədə

Gəncədə intihar hadisəsi baş verib.

Aktual.az Report-a istinadən xəbər verir ki,  şəhərin Gülüstan qəsəbəsində yaşayan üç uşaq anası, 1975-ci il təvəllüdlü Əkbərova Cəmilə Əhməd qızı yaşadığı evdə kəndirlə özünü asaraq intihar edib.

Meyit hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən aşkar edilərək Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə gətirilib. Meyitin üzərində heç bir zorakılıq əlamətləri aşkar olunmayıb.

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır.

Xəbər 921 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR