Üç ölkə arasında Gömrük Məsələləri üzrə Üçtərəfli Komitə yaradılır (FƏRMAN)

Üç ölkə arasında Gömrük Məsələləri üzrə Üçtərəfli Komitə yaradılır (FƏRMAN)

2021-ci il oktyabrın 8-də İzmir şəhərində imzalanmış "Azərbaycan Respublikası Hökuməti, Gürcüstan Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında Gömrük Məsələləri üzrə Üçtərəfli Komitənin yaradılması haqqında Protokol” təsdiq edilib.

Aktual.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.

Sənəddə qeyd olunub ki, bu fərmanın 1-ci hissəsində göstərilən Protokol qüvvəyə mindikdən sonra Azərbaycanın Dövlət Gömrük Komitəsi onun müddəalarının həyata keçirilməsini təmin etməlidir.

Azərbaycanın Xarici İşlər Nazirliyi Protokolun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Gürcüstan və Türkiyə tərəflərinə bildiriş göndərməlidir.
Xəbər 392 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR