Bu ölkədə internet cinayətlərinə görə 60 minə yaxın insan həbs olunub

Bu ölkədə internet cinayətlərinə görə 60 minə yaxın insan həbs olunub

Çinin hüquq-mühafizə orqanları bu ilin yanvar ayından oktyabradək internet vasitəsi ilə törədilən cinayətlərə görə təxminən 60 min insanı həbs edib.

Aktual.az AZƏRTAC-a istinadən bildirir ki, müvafiq cinayət işlərinin, demək olar, yarısı şəxsi informasiyanın oğurlanması, haker hücumları və dələduzluqla bağlıdır.
Rəsmi məlumata əsasən, Çində 830 milyona yaxın internet istifadəçisi var. Bu göstərici üzrə ölkə dünyada birinci yeri tutur. Çin, həmçinin elektron kommersiya və müxtəlif online xidmətlər sahəsində də liderlərdən biridir. Hakimiyyət əhalini şəbəkə dələduzlarından qorumaq üçün aktiv tədbirlər görür. Xüsusən son illər hakerlərə və kiber cinayətkarlara birbaşa, yaxud dolayı dəstək verən kompaniyalar ciddi cəzalara məruz qalır.
Xəbər 137 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR