Bu il Azərbaycana 700-ə yaxın elektromobil idxal edilib

Bu il Azərbaycana 700-ə yaxın elektromobil idxal edilib

Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycana ümumilikdə 1 milyard 132,2 milyon dollar dəyərində 57 275 ədəd avtomobil idxal olunub.

Aktual.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Hesabat dövründə ölkəyə 17 milyon 540.71 min dəyərində 680 ədəd yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələri (elektromobil) idxal edilib.

Bundan əlavə, dövr ərzində Azərbaycana xarici ölkələrdən 50 milyon 974.66 min dollar dəyərində 5 383 ədəd yük daşımaq üçün mühərrikli nəqliyyat vasitələri, 33 milyon 642.89 min dollar dəyərində 370 ədəd xüsusi təyinatlı mühərrikli nəqliyyat vasitələri idxal olunub.
Xəbər 85 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR