Bu axşam Bakıdan İrəvana təyyarə uçacaq

Bu axşam Bakıdan İrəvana təyyarə uçacaq

Bu gün axşam saatlarında Bakıdan İrəvana təyyarənin uçacağı bildirilir.

Aktual.az xəbər verir ki, bu barədə "Azadlıq” radiosu "Flightradar24” saytına istinadən məlumat yayıb. 

Məlumata görə, Tacikistanın "Somon Air” aviaşirkətinə məxsus "Boeing 737-8GJ” təyyarəsi dünən Düşənbədən Bakıya uçub.

Nəşr qeyd edir ki, Tacikistan Prezidenti və bir sıra digər ölkələrin liderləri Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) sammitində iştirak etmək üçün dünəndən Bakıya gəlməyə başlayıblar. Lakin sözügedən təyyarə Tacikistan Prezidentinə xidmət göstərmir.
Həmin təyyarənin hansı liderləri Bakıdan İrəvana aparacağı açıqlanmayıb.

Ermənistan da rəsmi nümayəndə heyətlərini qəbul etməyə hazırlaşır. Məlumata görə, COP17 çərçivəsində İrəvanda Liderlər Sammiti keçiriləcək.
Xəbər 21 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR