“Siz nə bilirsiz, din nədir, iman nədir, hicab nədir?” – Deputatdan radikal müxalifətə sərt sözlər!!!

“Siz nə bilirsiz, din nədir, iman nədir, hicab nədir?” – Deputatdan radikal müxalifətə sərt sözlər!!!

3 - 4 gündür xaricdə məskunlaşan "söyüş müxalifəti”nin və radikal cəbhədəki digər anti - milli ünsürlərin videolarını izləyirəm. Hamısı anidən imana gəlib. Hamısı qəfildən hicab aşiqinə çevirilib. Hamısı birdən, "xor” şəklində məsləhət vermək, yol göstərmək eşqinə düşüb...

Yaramaz gədələr!

Siz nə bilirsiz, din nədir, iman nədir, islam nədir, hicab nədir?! Siz nə bilirsiz, allahlılıq nədir, allahsızlıq nədir? Siz nə bilirsiz, haqq nədir, nahaq nədir, düz nədir, yanlış nədir?”

Təsəvvür edin, Mehman Hüseynov ədalətdən, milli - mənəvi dəyərlərdən, inancdan, müsəlmançılıqdan danışır. O Mehman ki, anasının erməni olduğunu heç özü belə danmayıb və ömrü boyunca islam dini ilə yaxından - uzaqdan əlaqəsi olmayıb. O Mehman ki, heroin dozasını almadan efirə çıxmır. O Mehman ki, nəfəsi də, baxışı da, gülüşü də, şivəsi də əxlaqsızlığın və tərbiyəsizliyin ən bariz nümunəsidir!

Təsəvvür edin, Tural Sadıqlı ədalətdən, milli - mənəvi dəyərlərdən, inancdan, müsəlmançılıqdan danışır. O Tural ki, Naxçıvan Dövlət Universitetində təhsil alarkən öz qrup yoldaşına, (müsəlman ölkələrindən birinin vətəndaşına) təcavüz edib!

Təsəvvür edin, Qabil Məmmədov ədalətdən, milli - mənəvi dəyərlərdən, inancdan, müsəlmançılıqdan danışır. O Qabil ki, öncədən çəkdiyi söyüş videolarının redaktəsini və montajını öz həyat yoldaşına, yeniyetmə qızına elətdirir.  

Təsəvvür edin, Qənimət Zahid milli - mənəvi dəyərlərdən, inancdan, müsəlmançılıqdan danışır. O Qənimət ki, səsi uzun illər (ta Azərbaycandan  qaçana qədər) "tin gecəqonduları”ndan gəlib, eyş - işrət məclislərinin təşkilatçısı kimi tanınıb, "alkaş” ayaması ilə məşhurlaşıb.

Nəhayət;

Təsəvvür edin, Cəmil Həsənli ədalətdən, milli - mənəvi dəyərlərdən, inancdan, müsəlmançılıqdan danışır. O Cəmil ki...Əxlaqdan, mənəviyyətdan danışası, danışacaq, danışa biləcək ən son adamdır! O Cəmil ki, ailə dramı "Santa - Barbara”nı kölgədə qoyub. O Cəmil ki, başına papaq tipli nəsə qoymağa ümumiyyətlə haqqı yoxdur!

*

Namərd yığını! Casus topası!

Birdən elə bilərsiz baş qarışıb, siz yaddan çıxmısız. Xeyr!

İfşanız hər gün, hər saat davam edəcək. Taxdığınız maskalar bir - bir söküləcək.

Və əmin olun: Törətdiyiniz saysız - hesabsız cinayətlərə görə məhkəmə qarşısında cavab verəcəyiniz gün də tezliklə gələcək!!!

Çox tezliklə...

Elşən Musayev, Milli Məclisin deputatı, Demokratik Maarifçilik Partiyasının sədri




Xəbər 72 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR