Bu cür qəzadan sağ çıxmışdı, cəbhədə şəhid oldu - FOTO

Bu cür qəzadan sağ çıxmışdı, cəbhədə şəhid oldu   - FOTO

Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində düşmən təxribatının qarşısını alan zaman Milli Ordumuzun şəhid olan əsgəri Şahin Cavadzadə dünən Beyləqan rayonunda torpağa tapşırılıb. Mərasimdə iştirak edən insanlar "Hər şey Vətən üçün", "Qarabağ bizimdir, bizim olacaq!" kimi şüarlar ilə şəhidi son mənzilə yola salıblar. Dəfn mərasimində izdiham yaşanıb. Şahin Cavadzadənin hərbçi yoldaşları onun xatirəsinə havaya üç dəfə yaylım atəşi açıblar. Cənazənin büküldüyü üç rəngli Azərbaycan bayrağı şəhidin atasına təqdim olunub.

Aktual.az avtosfer.az-a istinadən bildirir ki, Şahin Cavadzadə bir müddət əvvəl idarə etdiyi "Niya" markalı avtomobillə ağır yol qəzasına düşmüşdü. Lakin qəzadan sağ-salamat çıxan Şahin bir müddət sonra cəbhədə gedən döyüşlərdə qəhrəmancasına həlak oldu. Görünür, şəhidlik onun qisməti imiş...

Bu

Bu

Xəbər 688 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR