BQXC-nin əməkdaşı qəza törətdi - Bakıda

BQXC-nin əməkdaşı qəza törətdi -   Bakıda

Bakıda Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinin əməkdaşı qəza törədib.

Aktual.az Reporta istinadən xəbər verir ki, hadisə Yasamal rayonunun Füzuli küçəsində qeydə alınıb.

Belə ki, Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinin Azərbaycan nümayəndəliyinin əməkdaşı Zurab Bicko Bordulinin idarə etdiyi “Peugeot” markalı avtomobil Bakı şəhər sakini Mehman Hacıyevin idarə etdiyi “Hyundai” markalı maşınla toqquşub.

Qəza zamanı xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.

 
Xəbər 542 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR