Birdəfəlik kağız batareya təbiəti qoruyacaq

Birdəfəlik kağız batareya təbiəti qoruyacaq

İspaniya alimləri birdəfəlik kağız batareya yaradıblar

Aktual.az ICTnews
-a istinadən bildirir ki, birdəfəlik kağız batareya yaratmaq ideyası yerli "Fuelim" müəssisəsi tərəfindən həyata keçirilib. Alimlərin sözlərinə görə, qurğu kağız, karbon və zəhərsiz metallardan ibarətdir. Hazırda batareyanın zəif gücə malik olmasına baxmayaraq müxtəlif xəstəliklərin test və ya analizinin aparılması üçün ayrı-ayrı qurğuları işə sala bilir.  
 
Qurğu yaradıcısı Xuan Pablo Eskielin sözlərinə görə, hazırda diaqnostika üçün belə birdəfəlik qurğular tam doldurulmuş adi batareya enerjisinin 1 faizini sərf edir. Lakin bundan sonra onu sadəcə kənara ataraq ətraf mühitə ziyan vururlar.
 
Alimlər isə diaqnostik qurğuların işi üçün ekoloji təmiz kağız batareyalardan istifadəni təklif edirlər. Bunun sayəsində istehlakçılar məhsulu ucuz əldə edəcək, təbiət isə az çirkləndiriləcək. İxtiraçının sözlərinə görə, batareya 100 millivatt gücündə 1-6 Vatt gərginlik ötürə bilir.
Xəbər 404 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR