Bir gündə 9 dələduz yaxalandı

Bir gündə 9 dələduz yaxalandı

Dekabrın 4-də Binəqədi rayonunun Ə.Naxçıvani küçəsində Bakı şəhər sakini Rüfət Muradova məxsus mağazadan qapını sındırmaq yolu ilə oğurluğa cəhd göstərmiş Ağdaş rayon sakinləri İntizam Muradov və Həsrət Xudaverdiyev Binəqədi Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq 5-ci PB-yə təhvil veriliblər.
Aktual.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, ötən gün həmçinin Nizami RPİ 24-cü və 25-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 2-də Aydın Səttarova qarşı dələduzluq etmiş, habelə Cavid Həşimova və Nurlan Qasımova məxsus mobil telefonları soyğunçuluq yolu ilə almış Zərdab rayon sakini Canat Ağalarov və Bakı şəhər sakini Pərvanə Xəlilova tutulub.

Nazirliyin əməkdaşları eyni zamanda narkotik vasitə ilə tutulmuş Məzahir Abdullayevin bir neçə evdən pul və inşaat materilları oğurlamasını da müəyyən edib. Belə ki, dekabrın 3-də narkotik vasitə ilə tutulmuş Məzahir Abdullayevin ətrafında Binəqədi RPİ 4-cü PB əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun paytaxt sakinləri Şövqi Məmmədova, Tamilla Məhəmmədovaya, İlyas İsmayılova və Dünyamalı Həsənova məxsus evlərdən pul və inşaat materilları oğurlaması da müəyyən edilib.

Qaradağ RPİ 10-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə dekabrın 2-də Yelazər Rəhimovaya məxsus mağazadan soyğunçuluq yolu ilə pul və ərzaq məhsulları aparmış Lökbatan qəsəbə sakinləri, əvvəllər məhkum olunmuş İlham Hüseynbalayev və Abil Məmmədov tutulub.

Nərimanov RPİ 17-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabr ayının 26-da Bakı şəhər sakinləri Xəqani Zeynalova və Elmuraz Quliyevə məxsus mobil telefonları oğurlamış paytaxt sakini Aslan Abbasov da yaxalanıb.

Dünən həmçinin, Suraxanı qəsəbəsində yaşayan Azər Verdiyevin evindən geyim əşyası oğurlamış həmyerlisi, qəsəbə sakini Elşən Mayılov Suraxanı RPİ 31-ci PB əməkdaşları tərəfindən saxlanılıb. Əməliyyat tədbirləri ilə onun daha 4 qəsəbə sakininə məxsus evdən, habelə R.Cəbrayılovanın çantasından pul və məişət əşyaları oğurlaması da müəyyən edilib.

Xəbər 357 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR