Binəqədidə qaçırılmış avtomobil qəzaya düşüb

Binəqədidə qaçırılmış avtomobil qəzaya düşüb

 Bakı şəhəri, Binəqədi Rayon Polis İdarəsinin (RPİ) 40-cı Polis Bölməsinə müraciət edən Çiçək qəsəbə sakini E.Cəbrayılov fevralın 24-də saat 19 radələrində qəsəbə ərazisindən "VAZ-21011” markalı avtomobilinin qaçırıldığını bildirib.

DİN Mətbuat Xidmətindən Aktual.az-a verilən məlumata görə, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil saat 20 radələrində Sulutəpə qəsəbəsinin ərazisində hasara vurulmuş vəziyyətdə tapılıb. Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini K.Quliyev polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır. 
 
Aktual.az
Xəbər 415 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR