Beynəlxalq Bankın özəlləşdirilməsi vaxt aparacaq - 5 il

Beynəlxalq Bankın özəlləşdirilməsi vaxt aparacaq -  5 il

"Azərbaycan Beynəlxalq Bankı" ASC-nin özəlləşdirilməsinə hazırlıq beş il vaxt apara bilər. 

Aktual.az Trend-ə istinadən xəbər verir ki, bu barədə "Fitch Ratings" beynəlxalq reytinq agentliyi banka istinadən yazır.

Agentliyin saytında dərc edilən məlumata görə, bu, ortamüddətli perspektivdə dövlətin bankdakı payının (51,07 faiz) qorunacağı anlamına gəlir: "Özəlləşdirilmə baş tutsa belə, ABB ölkədə ən iri bank kimi sistem formalaşdıran qismində qalacaq və dövlətin iştirakı ilə şirkətlərlə fəaliyyətini qoruyacaq".

Bankdan "Fitch Ratings"ə bildiriblər ki, söhbət 2015-ci ilin sonunda problemli aktivlərin əhəmiyyətli hissəsinin alınmasından gedir.

"Fitch Ratings"in analitiklərinin fikrincə, ABB-nin problemli aktivlərinin həcmi əhəmiyyətli dərəcədədir.

 
Xəbər 697 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR