Beyləqanda ata 6 yaşlı oğlunun boğazını kəsdi

Beyləqanda ata 6 yaşlı oğlunun boğazını kəsdi

Cinayət işi başlanıb.

Beyləqanda dəhşətli qətl törədilib.

Aktual.az APA-ya istinadən xəbər verir ki, Rayon Polis Şöbəsindən verilən məlumata görə, hadisə rayonun Yuxarı Kəbirli kəndində qeydə alınıb.

Kənd sakini Zahid İsgəndərov 6 yaşlı oğlu Ümidin boğazını kəsərək qətlə yetirib. Z. İsgəndərov hadisəni törətdikdən sonra qaçıb.

Hazırda onun tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

İlkin məlumata görə, hadisə ailədaxili münaqişə zəminində törədilib.

Qətlə yetirilən Ümid 1-ci sinifdə oxuyurmuş.

Faktla bağlı Beyləqan Rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.

Xəbər 389 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR