Bərdədə evdə yanğın – 28 yaşlı qadın öldü

Bərdədə evdə yanğın – 28 yaşlı qadın öldü

Bərdədə evdə yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Bərdə rayonunun Kətəlparaq kəndində ümumi sahəsi 91 m² olan 2 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb.
Yanğının kəşfiyyatı zamanı 1991-ci il təvəllüdlü Nabat Eyvaz qızı Qurbanovanın meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilib. Yanğın zamanı 1 nəfər xəsarət alıb.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Xəbər 488 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR