Bərdədə ağır yol qəzası: 4 nəfər öldü - FOTO

Bərdədə ağır yol qəzası: 4 nəfər öldü - FOTO

Bərdədə avtomobil qəzası zamanı ölən 4 nəfər əsgər övladlarının yanından qayıdırlamış.


"Report" Qarabağ bürosunun verdiyi məlumata görə, Bərdə rayonunun Mehdili kəndində baş verən dəhşətli yol qəzasında ölən Rəcəbəliyevlər ailəsi Beyləqan rayonunda yerləşən N saylı hərbi hissədə xidmət edən əsgər övladları ilə görüşdən geri dönürmüş.

Qeyd edək ki, gecə saatlarında "VAZ-21011" markalı avtomobil "Shacman" markalı yük maşını ilə toqquşub. Nəticədə, Goranboy rayon sakinləri, "VAZ-21011" markalı avtomobilin sürücüsü Azər Vəliyev və sərnişinləri 68 yaşlı Rəcəbəliyeva Zeynəb Əbdülkərim qızı, 48 yaşlı Rəcəbəliyeva Rəna Əli qızı və 13 yaşlı Vəliyev Rəvan Azər oğlu hadisə yerində ölüblər.

Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsində cinayət işi başlanıb, araşdırma aparılır.

 

***

Bərdədə "Shacman" markalı yük maşını ilə "VAZ-21011"in toqquşması nəticəsində ölənlərin sayı 4 nəfərə çatıb.


"Report"un Qarabağ bürosunun məlumatına görə, qəza nəticəsində "Jiquli"nin Goranboy rayon sakinləri olduğu ehtimal edilən sürücüsü, həmçinin maşında olan iki qadın və bir uşaq həyatını itirib.

Hazırda onların şəxsiyyətləri dəqiqləşdirilir.

"Shagman"ı Nuriyev Raqif Səxavət oğlu idarə edib.


***

 Bərdə rayonunda bir neçə nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.


"Report"un Qarabağ bürosunun məlumatına görə, hadisə Yevlax-Bəhrəmtəpə avtomobil yolunun Bərdə rayonunun Mehdili kəndi ərazisində olub.

"KamAZ" markalı yük avtomobili ilə "VAZ-21011" maraqlı minik avtomobili toqquşub. İlkin məlumata görə, nəticədə minik avtomobilinin sürücüsü və iki sərnişini ölüb.

Faktla bağlı Bərdə rayon Polis şöbəsində araşdırma aparılır.







Xəbər 1092 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR