BƏƏ 17 iranlı məhbusu Tehrana təhvil verib

BƏƏ 17 iranlı məhbusu Tehrana təhvil verib
  • DÜNYA

BƏƏ 17 iranlı məhbusu İran rəsmilərinə təhvil verib.

Aktual.az-ın məlumatına görə, İran Ədliyyə Hakimiyyəti hüquqi, siyasi və təhlükəsizlik sahələrində aparılan danışıqlar nəticəsində BƏƏ-dəki həbsxanalarda saxlanılan 17 İran vətəndaşının ölkəyə qaytarıldığını açıqlayıb.

Məlumata görə, azad edilərək İrana qaytarılan məhbuslardan 3-ü qadın, 14-ü kişidir.

Qeyd edək ki, ötən gün İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai BƏƏ tərəfindən iranlı məhbusların azad edilməsini alqışlayıb.

Bəqai bu hadisənin BMT Baş Assambleyasının iclası çərçivəsində BƏƏ tərəfi ilə aparılan danışıqların nəticəsi olduğunu bildirib.
Xəbər 14 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR