BDU-nun tələbəsi dostu ilə birgə dənizdə boğuldu

BDU-nun tələbəsi dostu ilə birgə dənizdə boğuldu

Xəzər dənizinin Sumqayıt hissəsində boğulan 1999-cu il təvəllüdlü Baxşızadə Hakim Hatəm oğlu Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsinin tələbəsi olub.

Bu barədə "Report"a BDU-dan məlumat verilib.
Hadisə zamanı, ümumilikdə, 4 nəfər boğulma təhlükəsi ilə üzləşib. 2000-ci il təvəllüdlü Hüseynov Fərid Ələddin oğlu və 1999-cu il təvəllüdlü Baxşızadə Hakim Hatəm oğlu boğulub. Digər iki nəfər isə xilas edilib.

*** 
 Xəzər dənizinin Sumqayıt hissəsində boğulan gənclərdən biri tələbə olub.

"Report"un xəbərinə görə, hadisə ötən gün baş verib.
Belə ki, Cəlilabad rayonu, Uzuntəpə kənd sakinləri - 2000-ci il təvəllüdlü Hüseynov Fərid Ələddin oğlu və 1999-cu il təvəllüdlü Baxşızadə Hakim Hatəm oğlu dənizdə çimərkən boğulublar.
Onların meyitləri FHN-in dalğıc-axtarış qrupu tərəfindən sudan çıxarılaraq yaxınlarına təhvil verilib.
Məlum olub ki, H.Baxşızadə bu il ali məktəblərdən birinə qəbul olub.
 
Aktual.az
Xəbər 502 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR