"Bank of Baku" qadını intihara mәcbur etdi — FOTO


Abşeron rayonunda intihara cəhd hadisəsi baş verib. 
Aktual.az müsavat.com-a istinadən xəbər verir ki, hadisə Xırdalan şəhərinin "Quşçuluq massivi"ndə qeydə alınıb.
 
1984-cü il təvəllüdlü Əsgərova Əsmər Həsən qızı intihar məqsədilə xeyli miqdarda dərman həbi içib, daha sonra isə bıçaqla özünə xəsarətlər yetirib. 31 yaşlı qadın ağır vəziyyətdə 1 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Hadisə barədə polisə xəbər verilib, araşdırmalara başlanılıb.
 
İlkin məlumata görə, Əsmər Əsgərova iri banklardan birinə - "Bank of Baku"ya borcludur. Bank əməkdaşları ondan borcunu ödəməyi tələb ediblər. Buna imkanı olmayan qadın intihara cəhd edib.
 
Mövzuya qayıdacağıq.
 
 
Aktual.az
Xəbər 569 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR