Bakıdakı dəhşətli qəza ilə bağlı RƏSMİ MƏLUMAT

Bakıdakı dəhşətli qəza ilə bağlı RƏSMİ MƏLUMAT

Daxili İşlər Nazirliyi Bakıdakı dəhşətli qəza ilə bağlı rəsmi məlumat yayıb.

 

DİN-dən Aktual.az-a bildirilib ki, sentyabrın 20-də saat 18 radələrində Xətai rayonu ərazisində Bakı şəhər sakini Anar Əzimov idarə etdiyi "Hyundai” markalı avtomobili yolun kənarındakı metal dirəyə vurub. Nəticədə sürücü və sərnişinləri - həmyerliləri Həsən Məmmədsadıqov, Nurlan Rüstəmov və Qəbələ rayon sakini Hafiz Bilalov hadisə yerində ölüblər.

Xətai RPİ tərəfindən araşdırma aparılır. Faktla bağlı Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti qaydalarını pozma - iki və daha artıq şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

 
Aktual.az
Xəbər 50 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR