Bakıda zəncirvari qəza: 1 nəfər xəsarət aldı - FOTO

Bakıda zəncirvari qəza: 1 nəfər xəsarət aldı - FOTO

Bakının Səbail rayonunda 1 nəfərin xəsarət alması ilə nəticələnən zəncirvari qəza baş verib.

"Report"un xəbərinə görə, rayonun "20-ci Sahə dairəsi" kimi tanınan ərazisində "10-ZR-894" dövlət qeydiyyat nişanlı "VAZ-2106" markalı avtomobili idarə edən Kərimov Kamran Ağamusa oğlu yüksək sürətlə gələrək əvvəlcə başqa "VAZ-2106"ya, ardınca isə Əhmədov Naibin idarə etdiyi "Mercedes" markalı maşına çırpılıb.
Nəticədə K.Kərimov xəsarət alıb.
N.Əhmədov "Report"a müsahibəsində bildirib ki, hadisə o, köməkçi yoldan əsas yola daxil olmaq istəyən zaman baş verib.
Faktla bağlı əraziyə Səbail Rayon Dövlət Yol Polisi Şöbəsinin və Səbail Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib. Sürücülərin izahatları alınıb. Avtomobillər cərimə meydançasına yerləşdirilib.


Xəbər 403 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR