Bakıda yaşayış binası yanır — SON DƏQİQƏ

Bakıda yaşayış binası yanır   — SON DƏQİQƏ

Bakıda yaşayış binası yanğın başlayıb.

Aktual.az xəbər verir ki, hadisə şahidlərinin Anspress-ə verdiyi məlumata görə, Yasamal rayaonu Şərifzadə küçəsi 2 ünvanında qaçqın və məcburi köçkünlərin məskunlaşdığı yaşayış binasında yanğın başlayıb.

Fövqalə Hallar Nazirliyindən verilən məlumata görə, yanğının qarşısının alınması üçün nazirliyin 3 yanğınsöndürən avtomobili və canlı qüvvəsi əraziyə cəlb edilib, hazırda yanğının qarşısının alınması istiqamətində işlər aparılır.

Sakinlərin binadan təxliyyə edildiyi bildirilir.

Bakıda məcburi köçkünlərin məskunlaşdığı yataqxanada son dəfə yanğın hadisəsi bu ilin yanvar ayaında baş verib. Hadisə Nizami rayonu, Elşən Süleymanov küçəsi 148 ünvanında yerləşən məcburi köçkünlərin məskunlaşdığı 5 mərtəbəli yataqxana binasında qeydə alınıb.

Binanın 2-ci mərtəbəsində vətəndaşa məxsus mənzilin yanar konstruksiyaları və 3-cü mərtəbədə yaşayan digər vətəndaşa məxsus mənzilin eyvanında quraşdırılmış kondisionerin mühərrik hissəsi yanmağa başlayıb. Ehtimal edilir ki, mənzillərdən birindəki elektrik naqillərində qısa qapanma yaranıb.

Xəbər 646 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR