Bakıda şagird özünü məktəbin 3-cü mərtəbəsindən yerə atıb

Bakıda şagird özünü məktəbin 3-cü mərtəbəsindən yerə atıb

Bakıda şagird özünü məktəbin 3-cü mərtəbəsindən yerə atıb.


"Report” xəbər verir ki, hadisə Səbail rayonunda yerləşən 162 nömrəli tam orta məktəbdə qeydə alınıb.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan 8-ci sinif şagirdi Y.Hacıyeva təcili yardım maşını ilə xəstəxanaya aparılıb.

Hazırda onun vəziyyətinin ağır olduğu bildirilir.

Hadisə zamanı yeniyetmənin əlində kəsici alət də olub.

Faktla bağlı hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırma aparır.

Xəbər 437 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR