Bakıda şagird müəllimini döyüb

Bakıda şagird müəllimini döyüb

Xətai rayonu 95 saylı məktəbdə döyülmə hadisəsi baş verib. 11-ci sinif şagirdi olan oğlan öz müəllimini vəhşicəsinə döyüb.

Aktual.az Moderator.az istinadən xəbər verir ki, Svetlana adlı fizika müəllimi şagirdin nizam-intizamdan şikayət edərək onu danlayıb. Sonra isə daha da qızışaraq şagirdin rəhmətə getmiş atasını təhqir edib. Təhqirə dözməyən şagird müəlliməsinin üstünə hücum çəkib və ona ciddi fiziki xəsarətlər yetirib. Şahidlərin dediyinə görə, müəllimənin ağzı-burnu partlayıbmış, ətraf qan içindəymiş. Köməyə gələn şagirdlər, müəllimlər və o cümlədən də direktor müəllimi güclə şagirdin cəngindən xilas ediblər. 

Xəbər 1853 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR