Bakıda qonşular arasında dava: Bıçaqlanan var

Bakıda qonşular arasında dava: Bıçaqlanan var

Binəqədi rayonunda bıçaqlanma hadisəsi baş verib.


Aktual.az report.az-a istinadən bildirir ki, hadisə Çiçək qəsəbəsində baş verib.

Belə ki, 1974-cü il təvəllüdlü Nəsirov Xaliq Cəlil oğlu qonşu ilə hələlik bilinməyən səbəblərə görə, mübahisə edib. Mübahisə əlbəyaxa dava ilə nəticələnib. X.Nəsirov bıçaqlanıb. 

Yaralı Təcili Təxirəsalınmaz Tibbi Yardım Xidməti (TTTYX) vasitəsilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində (RPİ) araşdırma aparılır.

 
Aktual.az 
Xəbər 387 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR