Bakıda qəza zamanı sürücülər arasında dava düşüb – VİDEO

Bakıda qəza zamanı sürücülər arasında dava düşüb – VİDEO

Nəsimi rayonunda 3 minik avtomobili toqquşub.


ONA-nın məlumatına görə, 28 may küçəsi ilə hərəkət edən "Hyundai” markalı avtomobil yol nişanın tələbini pozaraq Rəşid Behbudov küçəsinə çıxaraq "Daewoo” və "Mercedes” markalı avtomobillərə çırpılıb.

Nəticədə Mercedes-də olan sərnişin qadın xəsarət alıb. Mercedes-in sürücüsü xəsarət alan qadının qəfil huşunu itirdiyini görüb, bundan hiddətlənərək "Hyundai-ın sürücüsünü döyüb.

Xəsarət alanlar xəstəxanaya yerləşdirilib. Əraziyə Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.

Dava edən şəxslər saxlanılıb.

Xəbər 399 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR