Bakıda polis bıçaqlandı

Bakıda polis bıçaqlandı

Bakıda oğurluq etmək istəyən şəxs polisi bıçaqlayıb.

Aktual.az Apa-ya istinadən xəbər verir ki, Nəsimi rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə Moskva prospekti 78 ünvanında qeydə alınıb. Laçın rayon sakini Ayxan Səfərov və Abşeron rayon sakini Yalçın Cəfərov Nicat Tahirova məxsus “VAZ-2107” markalı avtomobildən oğurluğa cəhd edərkən ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən tutulublar. Bu zaman Y. Cəfərov bıçaqla polis əməkdaşına xəsarət yetirib.

Araşdırmalar zamanı saxlanılan şəxslərin həmin gün A.Məhərrəmov küçəsi ev 33 “B”nin qarşısında Elçin Xəlilova məxsus “Mercedes” markalı avtomobildən şüşəsini sındırmaq yolu ilə oğurluğa cəhd göstərmələri də müəyyən edilib.

Xəbər 397 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR