Bakıda polis avtomobili qəzaya uğradı, yaralılar var

Bakıda polis avtomobili qəzaya uğradı, yaralılar var

Bakıda polis əməkdaşları avtomobil qəzasına düşüblər.

Aktual.az-ın Report-a istinadən xəbərinə görə, hadisə Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində baş verib.

Bakı sakini, 1990-cı il təvəllüdlü Yusif İbrahimov idarə etdiyi "KİA" markalı avtomobillə Sabunçu Rayon Mühafizə İdarəsinin (RMİ) polis əməkdaşı, serjant, 1989-cu il təvəllüdlü Kamran Həsənovun idarə etdiyi "Volkswagen Polo" markalı avtomobili arxadan vurub.

Qəza nəticəsində polis serjantı K.Həsənov və ekipaj üzvü, 1990-cı il təvəllüdlü Şahmar Abdullayev xəsarət alıblar.

Yaralı polislər 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Xəbər 378 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR