Bakıda piyadanı avtomobillə vuraraq qaçan sürücü həbs edilib

Bakıda piyadanı avtomobillə vuraraq qaçan sürücü həbs edilib

 Bakıda piyadanı avtomobillə vuraraq qaçan sürücü Tural İsmayılov həbs edilib.

"Report"un xəbərinə görə, hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılan T.İsmayılov barəsində Suraxanı Rayon Məhkəməsinin qərarı ilə üç ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Onun barəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddəsi ilə ittiham irəli sürülüb.
Qeyd edək ki, ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi dekabrın 12-də Bakının Zığ qəsəbəsi, Rövşən Göyüşov küçəsində baş verib.
Belə ki, T.İsmayılov idarə etdiyi "Mercedes" markalı avtomobillə avtobusdan düşüb yolu keçmək istəyən piyada, 22 yaşlı İlkin Zamanovu vurub.
Zərbənin təsirindən piyada bir neçə metr kənara düşüb. O, aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib, sürücü isə idarəetməni itirərək avtomobili işıq dirəyinə çıpıb. Dirək yerindən qoparaq aşıb. T.İsmayılov qəzadan sonra ərazidən qaçıb.
Hadisə yerində polis əməkdaşları olub. Meyit müayinə olunmaq üçün tibbi ekspertizaya aparılıb.
 
Aktual.az
Xəbər 409 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR