Bakıda nazirlik əməkdaşı faciəvi şəkildə öldü

Bakıda nazirlik əməkdaşı faciəvi şəkildə öldü

Bakıda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. 

Aktual.az-ın məlumatına görə, Yasamal rayon sakini, 1988-ci il təvəllüdlü Abdulhəkimov Məcid Kamal oğlu Şəhriyar küçəsi ev 5 mənzil 30 ünvanında dəm qazından boğulub. 27 yaşlı oğlan hamam otağında olarkən qazdan zəhərlənib və hadisə yerindəcə vəfat edib.

M.Abdulhəkimov həmin ünvanda kirayə yaşayırmış.

 Araşdırmalar nəticəsində məlum olub ki, bədbəxt hadisə nəticəsində ölən şəxs İqtisadiyyat və Sənaye Nazirliyinin əməkdaşı imiş.
Aktual.az Report-a istinadən xəbər verir ki, 27 yaşlı Abdulhəkimov Məcid Kamal oğlu nazirliyin Sahibkarlığa Kömək Milli Fondunun Kadr və kargüzarlıq sektorunun əməkdaşı imiş.





Xəbər 712 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR