Bakıda məşhur restoranda yanğın - VİDEO

Bakıda məşhur restoranda yanğın - VİDEO

Bakının Yasamal rayonunda yanğın baş verib.


Aktual.az Trend-ə istinadən bildirir ki, hadisə metronun "Elmlər Akademiyası" stansiyasının yaxınlığında, "Qoç ət" restoranında qeydə alınıb.

 

Restoranın havalandırma sistemində baş verən yanğın qısa müddətdə tavana keçib.

Hadisə yerinə gələn yanğınsöndürmə briqadaları tərəfindən yanğın söndürülüb.


Xəsarət alan yoxdur.


***


"Elmlər Akademiyası" metrostansiyasının qarısında (Hüseyn Cavid prospekti, 147a) yerləşən "Qoç ət" kabab evində yanğın baş verib.


Aktual.az axar.az-a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Hadisə şahidlərinin sözlərinə görə, əraziyə dərhal yanğınsöndürənlər cəlb edilib.

Xəbər 383 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR