Bakıda məşhur qızıl dükanının sahibəsini qızı öldürüb

Bakıda məşhur qızıl dükanının sahibəsini   qızı  öldürüb

Həmin şəxslər saxlanılıb


Bakıda qızıl alverçisini xüsusi amansızlıqla qətə yetirən şəxslər tutulub.

Aktual.az APA-ya istinadən xəbər verir ki, hüquq-mühafizə orqanlarından verilən məlumata görə, polis və prokurorluq əməkdaşlarının həyata keçirdiyi təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində qətli törədən şəxsin mərhumun qızı Günel Hüseynova olduğu müəyyən edilib. G. Hüseynova saxlanılıb. Araşdırmalar zamanı o da məlum olub ki, G. Hüseynova hadisəni tək törətməyib. Qətldə G. Hüseynova ilə birgə onların daha bir neçə qohumu iştirak edib. Həmin şəxslər də artıq saxlanılıb.

Qeyd edək ki, yanvarın 5-də Nəsimi rayonu, Feyzulla Qasımzadə küçəsi 17 ünvanında yaşayan 1960-cı il təvəllüdlü Məryəm Namidzadənin xüsusi amansızlıqla öldürülmüş meyiti yaşadığı evdə aşkar edilib.

M. Namidzadənin qızı Günel Hüseynova izahatında evdən ona məxsus 30 000 ABŞ dolları dəyərində qızıl əşyaların oğurlandığını bildirib.

Məryəm Namidzadə Bakıdakı məşhur “Jewellery” zinət əşyaları mağazasının sahibi olub.

Xəbər 488 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR