Bakıda məşhur ekstrasens tutulub

Bakıda məşhur ekstrasens tutulub

Bakıda məşhur ekstrasens tutulub.
Bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətindən məlumat verilib.
Belə ki, Nizami rayon Polis İdarəsinin (RPİ) 23-cü Polis Bölməsi (PB) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, 2014-cü ilin noyabr ayında Bakı şəhər sakini Təranə Babayevanın etibarından sui istifadə edərək özünü ekstrasens kimi təqdim etməklə 4200 manatını alaraq dələduzluqda şübhəli bilinən Bakı şəhər sakini, 1960-cı il təvəllüdlü Tamilla Salamova tutulub.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Qeyd edək ki, T.Salamova kanallardan birində yayımlanan yarışmanın qalibi olub. O, müxtəlif televiziya kanallarında ayrı-ayrı verilişlərə qonaq qismində qatılıb. Ekstrasensin saytında T.Salamovanın “İnsanlardan, onların evlərindən cin, şeytan, ruhu uzaqlaşdırmaq və cadu çıxarmaq qabiliyyətinə malik olduğu” iddia edilir. O, evində ilan saxlayıb, fala da ilanlarla baxıb.

Xəbər 977 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR