Bakıda “Mercedes” hasara çırpıldı, sürücü öldü

Bakıda “Mercedes” hasara çırpıldı, sürücü öldü

Bakı şəhərinin Sabunçu rayonunda "Mercedes" markalı minik avtomobilinin hasara çırpılması nəticəsində yol-nəqliyyat qəzası baş verib.

FHN-dən Aktual.az-a verilən məlumata görə, hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücü, 1986-cı il təvəllüdlü Məmmədov Tehran Akif oğlunun meyitini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Əməliyyat başa çatıb.
 
Aktual.az
Xəbər 396 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR