Bakıda məktəbin qarşısında 43 yaşlı kişi ürəyindən bıçaqlandı

Bakıda məktəbin qarşısında 43 yaşlı kişi ürəyindən bıçaqlandı

Bakıda bıçaqlanma hadisəsi baş verib.

Aktual.az  Trend-ə istinadən xəbər verir ki, hadisə Xəzər rayonu, Buzovna qəsəbəsində 26 saylı orta məktəbin qarşısında baş verib.
Qəsəbə sakini, 2000-ci il təvəllüdlü Məmmədli Qafar Ramil oğlu həmkəndlisi, 1975-ci il təvəllüdlü Cabbarov Tərlan Şükür oğlu ilə mübahisə edib.
Mübahisə davaya çevrilib və nəticədə Q.Məmmədli T.Cabbarovu sol döş qəfəsindən bıçaqlayıb.Yaralı 3 saylı şəhər Klinik Xəstəxanasına çatdırılıb.
Faktla bağlı Xəzər rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsilə cinayət işi başlayıb.
 
Aktual.az
Xəbər 461 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR