Bakıda məktəbdə orta insident — müəllimə döyüldü

Bakıda məktəbdə orta insident   — müəllimə döyüldü

Bakının Səbail rayonunda orta məktəbdə xoşagəlməz hadisə baş verib.
 
Aktual.az Teleqraf.com-a istinadən xəbər verir ki, insident N.Rəfibəyli küçəsi, 13 ünvanında yerləşən 189 saylı orta məktəbdə qeydə alınıb. Həmin məktəbdə hələ kimliyi dəqiqləşdirilməyən valideyn xuliqanlıq zəmnində Bakı şəhər sakini, 1946-cı il təvəllüdlü Yelena Murad qızı İbadovanı döyüb. 
 
Yelena İbadova həmin orta məktəbdə müəllimə işləyir.
 
Faktla bağlı Səbail Rayon Polis İdarəsinin 9-cu polis bölməsində araşdırma aparılır.
Xəbər 832 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR