Bakıda marşrut avtobusu zəncirvari qəza törədib, sürücü ölüb

Bakıda marşrut avtobusu zəncirvari qəza törədib, sürücü ölüb

 Bakıda marşrut avtobusu qəza törədib.   

Aktual.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Belə ki, noyabrın 17-də saat 21 radələrində Nəsimi rayonunun Cavadxan küçəsində Bakı şəhər sakini Əbdürəhman Ərəbov idarə etdiyi "Daewoo” markalı 170 saylı xətt avtobusunu qarşıdakı işıqforda dayanmış 3 avtomobilə vurub.
Xəstəxanaya yerləşdirilmiş avtobusun sürücüsü noyabrın 18-də orada ölüb.
Nəsimi rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.
 
Aktual.az 
Xəbər 361 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR