Bakıda kütləvi dava, 19 yaşlı oğlan bıçaqlandı

Bakıda kütləvi dava, 19 yaşlı oğlan bıçaqlandı

Bakıda kütləvi dava baş verib.


Aktual.az Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonu ərazisində qeydə alınıb.

Kütləvi dava rayonun Dərnəgül qəsəbəsi, Ağasadıq Gəraybəyli küçəsində naməlum şəxslər arasında olub.

Dava nəticəsində Bakı şəhər sakini, 1999-cu il təvəllüdlü Səfərli Ülvi Mahir oğlu bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsilə cinayət işi başlanıb, hadisə iştirakçılarının müəyyən edilərək saxlanılması istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.

 
Aktual.az
Xəbər 464 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR