Bakıda kişi özünü yandırdı

Bakıda kişi özünü yandırdı

Bakıda intihar hadisəsi baş verib.

Aktual.az Anspress-ə istinadən xəbər verir ki, bu gün səhər saatlarında paytaxtın Niyazi küçəsində, Filarmoniya bağında qeydə alınıb. Parka gələn 40-45 yaşlı kişi üzərinə benzin tökərək özünə od vurub.

Hadisə yerində olan şəxslərin köməkliyi ilə həmin şəxs dərhal xəstəxanaya yerləşdirilib. Səbail polis idarəsindən verilən məlumata görə, şəxsiyyəti hələlik məlum olmayan şəxs həkimlərin səyinə baxmayaraq dünyasını dəyişib.

Onun hansı səbəbdən belə addım atdığı bilinmir. Faktla bağlı araşdırma aparılır.

Xəbər 410 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR