Bakıda kirayədə yaşayan şəxs bıçaqlandı

Bakıda kirayədə yaşayan şəxs bıçaqlandı

 Bakıda kirayədə yaşayan şəxs bıçaqlanıb. 


Daxili İşlər Nazirliyindən Aktual.az-a verilən məlumata görə, hadisə Sabunçu rayonu ərazisində qeydə alınıb. 

Belə ki, sentyabrın 8-nə keçən gecə Sabunçu rayonu ərazisində kirayədə yaşayan Tərtər rayon sakini Əlibala Ağalarov kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib.

Sabunçu rayon Polis idarəsinin 12-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən Gəncə şəhər sakini Mətləb Zalov saxlanılıb.

 
 Aktual.az
Xəbər 481 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR