Bakıda hotel yandı

Bakıda hotel yandı

Paytaxt hotellərindən birində yanğın hadisəsi baş verib.


Aktual.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına məlumat verilib. 


Məlumatda bildirilib ki, Bakının Nəsimi rayonunda hotelin texniki otağında 20 ədəd televizor aparatı, 1 ədəd kondisioner 9 kv.m sahədə yanıb. 


Hotelin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 04:00-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

 
Xəbər 605 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR