Bakıda faciəvi yol qəzası - 3 ölü, 1 yaralı

Bakıda faciəvi yol qəzası   - 3 ölü, 1 yaralı

Bakıda ağır yol qəzası baş verib.

Aktual.az FHN-ə istinadən xəbər verir ki, Bakı şəhəri, Xətai rayonunda "Nissan" markalı minik avtomobili qəzaya uğrayıb. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Xilasedicilər minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücü 1990-ci il təvəllüdlü Yusifov Samir Rafiq oğlunun, 2 naməlum şəxsin cəsədlərini çıxarıb və 1 nəfəri xilas edərək aidiyyəti üzrə təhvil veriblər.

Xəbər 560 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR