Bakıda evdən 40 min manatlıq saat oğurlandı

Bakıda evdən 40 min manatlıq saat oğurlandı

Bakıda mənzildən külli miqdarda pul və bahalı saat oğurlanıb.
Aktual.az-ın Lent.az-a istinadən məlumatına görə, hadisə Yasamal rayonu, İzmir küçəsi ev 5A, mənzil 32-də baş verib.

Həmin mənzildə yaşayan 1969-cu il təvəllüdlü Namazov İsa Qəmbər oğlu polisə mürəciət edərək bildirib ki, evdən 10 min manat, 19 min dollar və dəyəri 40 min dollar olan "A.Lange-söhne" markalı qol saatı oğurlanıb.

Şikayətçi əlavə edib ki, noyabrın 6-dan 7-si günortayadək evdə olmayıb və oğurluq da həmin vaxt ərzində törədilib.

Müraciət əsasında araşdırma aparılır.

Xəbər 503 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR