Bakıda evdə partlayış: bir ailənin 4 üzvü yandı, 1 yaşlı uşaq öldü

Bakıda evdə partlayış: bir ailənin 4 üzvü yandı, 1 yaşlı uşaq öldü

Bakıda evdə odun sobası partlayıb.


Aktual.az Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Suraxanı rayonu, Binə qəsəbəsi, Hövsan südçülük sovxozunun yaxınlığında baş verib.

Həmin ərazidə yaşayan, 1994-cü il təvəllüdlü Əliyeva Nargilə Cəmşid qızı yaşadığı evdə odun sobasını yandırarkən sobaya çoxlu miqdarda həlledici kimyəvi məhlul töküb.

Nəticədə odun sobası partlayıb.

N.Əliyeva, həyat yoldaşı, 1990-cı il təvəllüdlü Əliyev Sadiq Həsən oğlu, övladları, 2012-ci il təvəllüdlü Əliyeva Xədicə Sadiq qızı və 2017-ci il təvəllüdlü Əliyev Məhəmməd Sadiq oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Respublika Yanıq Mərkəzinə yerləşdirilib.

M.Əliyev xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər 112 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR