Bakıda ev yandı: 1 yaşlı körpə öldü

Bakıda ev yandı: 1 yaşlı körpə öldü

Bakıda ölümlə nəticələnən yanğın faktı qeydə alınıb.

Aktual.az-a FHN-dən verilən məkumata görə, paytaxtın Sabunçu rayonunda ümumi sahəsi 100 m² olan birmərtəbəlli 4 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları, bitişik ümumi sahəsi 40 m² olan talvar yanıb.
Məlumata görə, yanğının kəşfiyyatı zamanı 2018-ci il təvəllüdlü Ağamirzəyeva Zibeydə Elxan qızının yanmış meyti aşkar olunub. Yanğın zamanı 1 nəfər xəsarət alıb.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Xəbər 347 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR