Bakıda ev partlayıb, yaralı var

Bakıda ev partlayıb, yaralı var

Bakıda mənzildə partlayış baş verib.

Aktual.az- ın DİN-in saytına istinadən verdiyi məlumata görə, noyabrın 19-da saat 17 radələrində Nəsimi rayonunun Moskva prospektində yaşayan Çingiz Abbasovun yaşadığı evdə təbii qazın sızmasından ani partlayış baş verib.

Nəticədə mənzilin qapı və pəncərə çərçivələri dağılıb, orada təmir işləri aparan Bakı şəhər sakini Yuriy Əzimov yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Xəbər 445 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR