Bakıda dəhşətli hadisə: 4 ölü var

Bakıda dəhşətli hadisə: 4 ölü var

Bakıda dəhşətli yol qəzası baş verib.

Aktual.az publika.az-a istinadla xəbər verir ki, Pirallahı rayonu ərazisində, Qala-Pirallahı yolunda "Chevrolet" markalı 90 RV 974 dövlət qeydiyyat nişanlı minik avtomobili idarəetmədən çıxıb. Yolayrıcına çırpılan minik avtomobili əks hərəkət zolağına çıxıb və qarşıdan hərəkət edən "Kamaz" markalı, 27 BA 301 nömrəli yük maşının altına girib.
Nəticədə minik avtomobilində olan 4 nəfər hadisə yerində ölüb, daha bir nəfər isə xəstəxanaya çatdırılıb.
Faktla bağlı Pirallahı Rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.
 
Aktual.az
Xəbər 537 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR