Bakıda bomba həyacanı - Polis hərəkətə keçdi

Bakıda bomba həyacanı   - Polis hərəkətə keçdi

Bu gün günorta saatlarında “Neftçilər” metrosu ətrafında bomba həyəcanı yaşanıb. Belə ki, naməlum şəxs rabitə qovşağından “102” xidmətinə zəng edərək, metro ətrafında bomba olduğunu və partlayacağını bildirib.

Hadisə yerinə dərhal polis əməkdaşları gəliblər.

Aktual.az AzVision.az - a istinadən xəbər verir ki, Nizami Rayon Polis İdarəsindən bildirilib ki, fakt öz təsdiqini tapmayıb: “Bizə “Magnit” ticarət mərkəzinin ətrafında bomba qoyulması ilə bağlı məlumt daxil olmuşdu. Əməkdaşlarımız qeyd olunan ərazidə axtarış apardılar. Fakt öz təsdiqini tapmadı”.

Xəbər 516 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR